İran XİN: “Əraqçı və Vitkoff arasında görüş planlaşdırılmayıb”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirilən mətbuat konfransında İran və ABŞ rəsmiləri arasında mümkün danışıqlara aydınlıq gətirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəqayi bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçı ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında görüş planlaşdırılmayıb.
“Bu mövzu ilə bağlı nə görüş tarixi, nə yeri, nə də vaxtı müəyyən olunub”, – deyə nazirlik rəsmisi vurğulayıb.
Bu açıqlama İran-ABŞ münasibətləri ilə bağlı yayılan şayiələrə cavab olaraq səsləndirilib.
14:54 14.07.2025
Oxunuş sayı: 553