Ermənistanda Rusiyalı Oliqarx Yeni Partiya Yaratdığını Açıqladı

İrəvanda istintaq təcridxanasında saxlanılan rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyan yeni siyasi partiya yaratdığını bəyan edib. O, açıqlamasında hazırkı hakimiyyətə, xüsusilə də Baş nazir Nikol Paşinyana qarşı olan siyasi qüvvələrlə əməkdaşlığa açıq olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Karapetyan Nikol Paşinyana müxalif olan partiyalara hörmət etdiyini vurğulayıb və ölkədə dəyişikliklər üçün onların birgə fəaliyyətini mümkün sayıb. Onun bu addımı Ermənistanda daxili siyasi mübarizənin daha da gərginləşəcəyindən xəbər verir.
10:42 14.07.2025
Oxunuş sayı: 641