Tramp: “Heç bir prezident İranın nüvə obyektlərinə hücum etməyə cəsarət etməyib”

ABŞ-nin prezidenti Donald Tramp İranın nüvə obyektlərinə edilən hücumla bağlı qalmaqallı açıqlama verib. O, bu əməliyyatın ABŞ tarixində ilk dəfə bu cür cəsarətlə həyata keçirildiyini vurğulayıb.
Crossmedia.az bildirir ki, Tramp hücumda iştirak edən pilotların ona verdiyi məlumatı paylaşaraq bildirib: “Biz 22 ildir ki, bunun üzərində çalışırdıq, ancaq heç bir prezident bizə bunu etməyi deməyə cəsarət etməyib.” Hücumun effektivliyini dəyərləndirən Tramp əlavə edib: “Sıfırdan 10-a qədər olan şkalada – 10-un ən yaxşı olduğunu fərz etsək – bu hücum 15 xal alır.”
10:35 14.07.2025
Oxunuş sayı: 638