Tramp Ukraynaya uzaqmənzilli hücum silahlarının verilməsini elan edəcək

ABŞ-nin prezidenti Donald Tramp bu gün Ukraynaya hücum silahlarının verilməsini elan edəcək. Paketə uzaqmənzilli raketlərin də daxil olacağı gözlənilir.
Crossmedia.az bildirir ki, Trampın təqdim edəcəyi raketlərin birbaşa Rusiyanın paytaxtı Moskvaya qədər çata biləcək mənzildə olması mümkündür. Onun Ukrayna ilə bağlı dünya ictimaiyyətinə müraciət edəcəyi bildirilir. Müraciətin Vaşinqtonun gələcək təhlükəsizlik strategiyasında mühüm rol oynayacağı qeyd olunur.
10:26 14.07.2025
Oxunuş sayı: 510