Əs-Suveyda bölgəsində qanlı toqquşmalar: Onlarla ölü və yaralı var

Suriyanın Əs-Suveyda bölgəsində Druz silahlı qrupları ilə hökumət qüvvələri arasında şiddətli toqquşmalar baş verib. Səhər saatlarından başlayan döyüşlər nəticəsində ilkin məlumatlara görə 10-a qədər insan ölüb, 40-a qədər yaralanan var.
Crossmedia.az bildirir ki, Druz silahlıları ilə Suriya hökumət qüvvələri arasında davam edən qarşıdurmalar nəticəsində bölgədə yerləşən bir neçə yaşayış məntəqəsi yenidən rəsmi Dəməşqin nəzarətinə keçib. Hazırda əsas döyüşlər Ət-Tira istiqamətində cəmləşib. Druz qüvvələri bu yaşayış məntəqəsini geri almağa çalışır.
Digər tərəfdən, bölgədə Druzlar və bədəvilər arasında da ayrı döyüşlər baş verib. Nəticədə 40-dan çox insanın həlak olduğu, 100-dən çoxunun isə yaralandığı bildirilir. Təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
10:20 14.07.2025
Oxunuş sayı: 554