İsrail ordusu Qəzzada bir sıra radikal səhra komandirlərini zərərsizləşdirdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında fəaliyyət göstərən “HƏMAS” və “İslami Cihad” qruplaşmalarına məxsus bir neçə səhra komandirinin məhv edildiyini bəyan edib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, son iki həftə ərzində İsrail hərbçiləri “HƏMAS”ın hərbi qanadı və “İslami Cihad”ın müxtəlif bölmələrindəki bir sıra komandirləri hədəf alaraq zərərsizləşdirib.
Qeyd olunur ki, bu şəxslər terror qruplarının hərbi potensialını bərpa etmək istiqamətində fəaliyyət göstərirdilər.
Həmçinin vurğulanıb ki, zərərsizləşdirilən şəxslər silah istehsalı üçün qərargahların və “HƏMAS”ın hərbi kəşfiyyat bölməsinin bərpası üzərində çalışırdılar.
23:30 13.07.2025
Oxunuş sayı: 728