Braziliya Hindistanın Akash zenit-raket kompleksindən imtina etdi

Braziliya Hindistanın istehsalı olan Akash zenit-raket kompleksini almaq planlarından rəsmi şəkildə imtina edib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki,Qərarın əsas səbəbi kimi sistemin dəqiqliyinin zəifliyi, texnologiyanın köhnəlməsi, datalink və “dost-tanıma” (IFF) kimi əsas funksiyaların olmaması göstərilib.
Sınaqlar zamanı Akash sistemində davamlı hədəfləmə problemləri qeydə alınıb. Bundan əlavə, Hindistan tərəfinin Braziliyaya üzərində iş aparılan daha köhnə versiyanı təklif etməsi razılaşmanı daha da zəiflətdiyi bildirilir.
Braziliya rəhbərliyi bu qərardan sonra zenit-raket sistemi sahəsində İtaliyanın EMADS kompleksinə üstünlük verməyi planlaşdırır. EMADS daha müasir texnologiya və funksionallıq baxımından Braziliyanın tələblərinə uyğun hesab olunur.
22:36 13.07.2025
Oxunuş sayı: 704