Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç öldürülüb

İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç öldürülüb.
Voroniç işğal altındakı ərazilərdə separatçı liderlərin ləğvi ilə bağlı bir sıra uğurlu əməliyyatların təşkilatçısı olduğu üçün Rusiya xüsusi xidmət orqanlarının "ölüm siyahısı"nda imiş.
Bu barədə Crossmedia.az xarici KİV- ə əsasən məlumat verir ki, bu gün SBU killerlərin izinə düşüb və onları yaxalamaq üçün əməliyyat keçirib. Əməliyyat zamanı müqavimət göstərən 2 şəxs zərərsizləşdirilib.
Rəsmi olaraq açıqlanmasa da, tanınmış ukraynalı jurnalist Yuri Butusov məhv edilən terrorçuların şəxsiyyətinin müəyyən edildiyini bildirib. Butusovun yazdığına görə, bunlar Xaqani Quləlizadə və Nərmin Quliyeva adlı Azərbaycan vətəndaşlarıdır.
Onlar Rusiya kəşfiyyatı tərəfındən Rusiya ərazisində əməkdaşlığa cəlb edilibmiş.
21:40 13.07.2025
Oxunuş sayı: 3000