Netanyahu: İran uranı zənginləşdirmə prosesini sürətləndirib

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə fəaliyyətləri ilə bağlı yeni açıqlama verib.
Crossmedia.az xəbər verir ki , o , iyulun 11-də Fox News-a müsahibəsində bildirib ki, İran Hizbullah və digər müttəfiq silahlı qrupları zəiflədikdən sonra uranı zənginləşdirmə prosesini sürətləndirib.
Netanyahu qeyd edib: “İranın nüvə proqramını illərlə gecikdirə bilmişik, lakin indi vəziyyət dəyişir və Tehran bu prosesi daha da sürətlə aparır”.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə danışıqların mümkünlüyünü gündəmə gətirib. O, bəyan edib ki, Tehran Vaşinqtonla danışıqları bərpa etmək imkanlarını araşdırır, lakin bu danışıqların hərbi mövzuları, xüsusilə də raket proqramını əhatə etməyəcəyini açıq şəkildə vurğulayıb.
15:10 13.07.2025
Oxunuş sayı: 870