BMT konfransı: Fransa Fələstini tanıyacaqmı?

Fransa və Səudiyyə Ərəbistanı BMT-nin himayəsi altında Fələstin dövlətinin tanınmasına həsr olunmuş beynəlxalq konfrans keçirməyə hazırlaşır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İlkin olaraq tədbirin 17 iyunda keçirilməsi planlaşdırılsa da, İran–İsrail qarşıdurmasının kəskinləşməsi səbəbilə konfrans təxirə salınıb.
Məlumata görə, konfransın gündəliyinə Fələstin–İsrail münaqişəsinin həlli yolları və Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması üçün atılacaq addımlar daxil ediləcək. Konfransın, bu istiqamətdə beynəlxalq dəstəyin gücləndirilməsini hədəflədiyi bildirilir.
11:49 13.07.2025
Oxunuş sayı: 968