Peyk görüntüləri sızdı – Pentaqon Əl-Udeid bazasına hücumu təsdiqlədi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), sızan peyk görüntülərindən sonra İranın keçən ay Qətərdə yerləşən Əl-Udeid aviabazasına uğurlu ballistik raket zərbəsi endirdiyini təsdiqləmək məcburiyyətində qalıb.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində ABŞ-ın bölgədəki əsas hərbi obyektlərindən biri hesab olunan Əl-Udeid bazasında yerləşən strateji rabitə qübbəsi dağıdılıb. Bu qurğu, ABŞ-ın Yaxın Şərqdəki komanda-rabitə sistemində mühüm rol oynayırdı.
İran tərəfi hücumla bağlı rəsmi açıqlama verməsə də, hadisə regiondakı gərginliyin daha da artmasına səbəb olub. ABŞ rəsmiləri hadisənin detalları ilə bağlı əlavə məlumat verməkdən imtina ediblər.
10:03 13.07.2025
Oxunuş sayı: 926