Rusiya yeganə aviadaşıyıcısını itirə bilər – “Admiral Kuznetsov”un taleyi sual altındadır

Rusiya Müdafiə Nazirliyi “Admiral Kuznetsov” adlı yeganə aviadaşıyıcının modernləşdirilməsini dayandırıb. Qurum gəminin həm texniki, həm də mənəvi cəhətdən köhnəldiyini əsas gətirərək, onu istismardan çıxarıb utilizasiyaya göndərə bilər. Bu hal Rusiya donanmasının aviasiya daşıyan hərbi gəmisiz qalmaq təhlükəsini artırır və ölkəni bu sahədə Əfqanıstanla eyni səviyyəyə endirə bilər.
Crossmedia.az xəbər verir ki, “Admiral Kuznetsov” 2017-ci ildən bəri təmir olunur, lakin proses dəfələrlə çətinləşib. Mürmansk şəhərindəki doka gəminin təmiri zamanı bir neçə dəfə böyük yanğınlar baş verib. Bu yanğınlar yüz milyonlarla rubl dəyərində ziyana səbəb olub. Nəticədə gəminin gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Mütəxəssislər və hərbi analitiklər Rusiyanın bu gəmiyə daha çox sərmayə qoymaqdan imtina edə biləcəyini və onu utilizasiyaya göndərəcəyini ehtimal edirlər.
Qeyd edək ki, “Admiral Kuznetsov” Sovet dövründən qalan yeganə aviadaşıyıcıdır və uzun illər Rusiya Hərbi Dəniz Qüvvələrinin güc simvolu sayılıb. Onun sıradan çıxması Rusiya donanmasının döyüş qabiliyyətinə və beynəlxalq hərbi nüfuzuna ciddi təsir göstərə bilər.
Fidan Qarayeva
10:20 13.07.2025
Oxunuş sayı: 851