Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq baş naziri Şia əl-Sudani ilə telefon danışığında PKK terror qruplaşmasının tərksilah edilməsinin başlanmasını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.
"Söhbət zamanı Türkiyə ilə İraq arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, "Terrorsuz Türkiyə" prosesi həssaslıqla həyata keçirilir, Ankara regionda terrordan birdəfəlik xilas olmağa çalışır, addımlar qətiyyətlə davam etdiriləcək və bu prosesi pozmağa çalışanlara qarşı sayıq mübarizə aparılacaq", - məlumatda qeyd olunur.
Xatırladaq ki, PKK döyüşçülərinin tərksilah edilməsi prosesi cümə günü səhər İraqın şimalında yerləşən Süleymaniyə şəhərində keçirilib, Türkiyə hakimiyyəti kürd döyüşçüləri ilə çoxillik münaqişəyə son qoymağı və "Terrorsuz Türkiyə" təşəbbüsünü həyata keçirməyi planlaşdırır.
Proses 3-4 ay ərzində başa çatacaq və Milli Kəşfiyyat Təşkilatının (MİT) və Türkiyə silahlı qüvvələrinin nəzarəti altında keçiriləcək.
Tərksilahın hər mərhələsi nəzarət ediləcək və qeydə alınacaq.
23:50 12.07.2025
Oxunuş sayı: 737