Abbas Əraqçı: “İran AEBA ilə əməkdaşlığa davam edəcək, lakin təhlükəsizlik riskləri var”

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı ölkəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığa razı olduğunu, lakin ciddi təhlükəsizlik risklərinin mövcudluğunu bildirib.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, Əraqçının sözlərinə görə, İranın bombalanmış nüvə obyektlərinə giriş təhlükəsizlik baxımından ciddi risklər doğurur: “Radioaktiv materialların yayılması və döyüş sursatı qalıqlarının partlaması ehtimalı xüsusilə narahatedicidir”.
O əlavə edib ki, MAQATE müfəttişlərinin obyektlərə yaxınlaşmasında təhlükəsizlik aspekti nəzərə alınmalı və müfəttişlərin özlərinin təhlükəsizliyi ayrıca qiymətləndirilməlidir.
Əraqçının sözlərinə görə, İranın nüvə proqramına nəzarət mexanizmi dəyişəcək və bu əməkdaşlıq bundan sonra İranın Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə idarə olunacaq. MAQATE-nin davamlı monitorinq tələbləri isə hər bir hal üzrə ayrıca dəyərləndirilərək Şura tərəfindən qərara bağlanacaq.
22:00 12.07.2025
Oxunuş sayı: 956