Pavel Durov Fransanı söz azadlığına və texnoloji inkişafa mane olmaqda ittiham etdi

Telegram platformasının yaradıcısı Pavel Durov Fransa hakimiyyətini söz azadlığına və texnoloji inkişafa maneə törətməkdə ittiham edib.
Crossmedia.az bildirir ki, P.Durov fransız bürokratlarının söz azadlığına və texnoloji tərəqqiyə qarşı xaç yürüşünə çıxdıqlarını elan edib.
“Həmçinin internet şirkətlərinin fəaliyyətini tənzimləmək üçün dəqiq qaydalar müəyyən etmək əvəzinə, cinayət təqiblərindən istifadə olunması investisiyaları uzaqlaşdıracaq və ölkənin iqtisadi inkişafına onilliklər boyu zərbə vuracaq,” – deyə Durov bildirib.
Qeyd edək ki, Durovun bu reaksiyası Fransada amerikalı milyarder və iş adamı İlon Maskın sahibi olduğu sosial şəbəkəsi ilə bağlı başlanan cinayət istintaqına cavab olaraq verilib.
Fidan Xəlilova
13:42 12.07.2025
Oxunuş sayı: 637