İsrail ABŞ-yə müraciət edib: "Türkiyəyə F-35 təyyarələri satmayın"

İsrailin yüksək vəzifəli rəsmisi ABŞ Konqresini Türkiyəyə F-35 satışı barədə qərarı dayandırmağa çağırıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
O, bu addımın İsrailin hərbi üstünlüyünü təhlükəyə atacağını və Yaxın Şərqdə sabitliyi poza biləcəyini bildirib. Rəsmi Türkiyənin Həmas-a dəstəyi və Suriyadakı hərbi əməliyyatlarını əsas risk kimi göstərib.
"İsrail qarşıdurmadan qaçınmağı üstün tutur, lakin lazım gələrsə, hərəkət etməyə hazırdır"- deyə rəsmi bildirib.
13:33 12.07.2025
Oxunuş sayı: 601