İran Almaniyanı İsrailin hücumunda şərik olmaqda ittiham etdi

İran Xarici İşlər Nazirliyi Almaniyanı İsrailin İrana qarşı hərbi təcavüzünü dəstəkləməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki , Nazirliyin sözçüsü İsmayıl Bəqayi “X” sosial şəbəkəsində bildirib ki, kansler Fridrix Merz İsrailin “qanunsuz və cinayətkar” addımlarını müdafiə edir və bu dəstək BMT Nizamnaməsinin pozulması deməkdir.
Bəqayinin sözlərinə görə, Almaniya hökuməti İsrailin İrana qarşı aqressiyasına görə məsuliyyət daşıyır və bu addımlar beynəlxalq hüquqa ziddir.
11:44 12.07.2025
Oxunuş sayı: 650