Pentaqon: "Əl-Udeyd bazasına raket hücumu nəticəsində heç kim xəsarət almadı"

Pentaqonın sözçüsü ABŞ-nin Qətərdəki Əl-Udeyd hərbi bazasına İranın raket hücumu ilə bağlı danışıb.
Crossmedia.az xəbər verir ki , ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell “Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə bildirib ki, İranın bir ballistik raketi Əl-Udeyd aviabazasını vurub, ABŞ və Qətərin hava hücumundan müdafiə sistemləri isə qalan raketləri hədəfə alıb.
Pentaqon sözçüsü hücumda bazanın avadanlıq və strukturlarına "cüzi ziyan" dəydiyini və heç kəsin xəsarət almadığını bildirib.
11:30 12.07.2025
Oxunuş sayı: 627