ABŞ Ukraynaya silah tədarükünü bərpa edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropa ölkələrinin Ukraynaya silah tədarükünü yenidən bərpa etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Prezident bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Biz yüksək səviyyədə siyasi siqnallar almışıq – müsbət siqnallar, o cümlədən ABŞ-dən və Avropadakı dostlarımızdan. Mövcud bütün məlumatlara görə, tədarüklər artıq bərpa olunub”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ mətbuatında Donald Trampın prezidentlik səlahiyyətlərindən istifadə edərək Ukraynaya təxminən 300 milyon dollar dəyərində silah göndərməyi planlaşdırdığına dair məlumat yayılmışdı. Bu, Trampın vəzifəyə başladıqdan sonra Ukraynaya yönəlik ilk belə addımı ola bilər.
Nigar Yahyazadə
11:18 12.07.2025
Oxunuş sayı: 729