Rusiya sursat ehtiyacının 40 faizini Şimali Koreyadan alır

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Rusiya-Ukrayna müharibəsi, beynəlxalq dəstək və danışıqlar prosesi ilə bağlı bir sıra açıqlamalar verib.
Budanov bildirib ki, Şimali Koreya Rusiyaya döyüş sursatlarının 40 faizini, həmçinin digər silahları tədarük edir.
Crossmedia.az xəbər verir ki o, ABŞ-nin Ukraynaya dəstəyinin yaxın gələcəkdə davam edəcəyini, Vaşinqtonun əlavə hava hücumundan müdafiə sistemləri göndərə biləcəyini vurğulayıb.
Donald Trampın mövqeyinə toxunan Budanov onun siyasətini ardıcıl adlandırıb və medianın yaratdığı imicə əsaslanaraq mühakimə yürütməməyə çağırıb.
Ukrayna kəşfiyyat rəhbəri atəşkəsin mümkün qədər tez, ilin sonunadək əldə edilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, üç tərəfin – Ukrayna, Rusiya və ABŞ-nin iştirakı ilə mümkündür.
Budanov həmçinin Rusiyanın ilin sonunadək Donetsk vilayətinin tamamını nəzarətə götürməsinin real olmadığını bildirib. O bildirir ki, Rusiya qoşunlarının əsas məqsədi Dnepropetrovsk vilayətinə daxil olduqlarını bəyan etməkdir.
Sonda Budanov ABŞ və Ukrayna xüsusi xidmət orqanları arasında əməkdaşlığın davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır, çünki tərəfdaşlar Ukrayna tərəfindən verilən məlumatlardan yararlanırlar.
Nigar Yahyazadə
10:28 12.07.2025
Oxunuş sayı: 696