Fransa Baş Qərargah rəisi: “Rusiya ölkəmiz üçün ən ciddi və davamlı təhlükədir”

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tieri Burkar Rusiya Federasiyasını ölkəsinin təhlükəsizliyi üçün ən mühüm və davamlı təhdid olaraq qiymətləndirib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, o bildirib ki , Rusiyanın həm ənənəvi, həm də nüvə hərbi imkanları, eyni zamanda Avropaya coğrafi yaxınlığı bu narahatlığın əsas səbəblərindəndir.
Buna baxmayaraq, Burkar etiraf edib ki, Fransanın nüvə silahına malik olması və coğrafi mövqeyi ölkəni Rusiyadan gələn birbaşa təhlükə qarşısında daha az həssas edir. O əlavə edib ki, hazırda Moskva ilə hərbi səviyyədə əlaqələr kifayət qədər məhduddur və bu da gərginliyin azaldılmasına imkan vermir.
Fidan Xəlilova
00:40 12.07.2025
Oxunuş sayı: 701