Ərdoğan: Terrorsuz bir Türkiyə yolunda mühüm addım atıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının silahları yerə qoyması ilə bağlı başlanan prosesi şərh edib. Dövlət başçısı sosial şəbəkə platforması X hesabında bu barədə paylaşım edərək bildirib:
“Ümid edirəm ki, terrorçuluqdan azad bir Türkiyə hədəfimiz yolunda bu gün atılan mühüm addım ölkəmiz üçün xeyirli olar. İnşallah, ölkəmizin təhlükəsizliyi, millətimizin rifahı və bölgəmizdə davamlı sülhün bərqərar olması naminə çıxdığımız bu yolda məqsədlərimizə çatmaq nəsib olar.”
Crossmedia.az "Türkiye"qəzetinə istinadən bildirir ki, bu gündən etibarən PKK silahları təhvil verir. Məlumata əsasən, təşkilatın tamamilə ləğvi və bütün silahların məhv edilməsi prosesi 3-4 ay davam edə bilər. Bu proses İraqın şimalında yerləşən Süleymaniyyə kənd bölgəsində həyata keçiriləcək və Ankara, Bağdad və Ərbil arasında koordinasiya şəraitində təşkil olunacaq.
Fidan Qarayeva
23:05 11.07.2025
Oxunuş sayı: 1094