ABŞ-də DOGE departamentində kütləvi istefalar – İlon Mask gedişindən sonra narahatlıq artır

ABŞ hökumətinin Effektivlik Departamenti (DOGE) rəhbəri olan məşhur sahibkar İlon Mask vəzifəsindən getdikdən sonra departamentdə kütləvi istefalar baş verib, DOGE-də çalışan ən azı səkkiz yüksək vəzifəli əməkdaş vəzifələrini tərk edib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, departamentdə çalışan ən azı yeddi proqramçı artıq istefa verib, daha üç nəfərin də yaxın günlərdə vəzifədən ayrılacağı gözlənilir. Məlumata görə, bu şəxslərdən bəziləri dövlət sirrlərinə çıxış imkanı olan şəxslər olub. Bu isə təhlükəsizlik baxımından narahatlıq doğura bilər.
Ağ Evdəki bir mənbənin açıqlamasına görə, İlon Maskın rəhbərliyi altında DOGE departamentində çalışan bir çox əməkdaş əvvəlcədən müddətli müqavilə əsasında işə qəbul olunmuşdu. “DOGE-də ən yüksək səviyyəli məmurların uzunmüddətli dövlət karyerası qurması heç vaxt planlaşdırılmamışdı,” – deyə həmin mənbə bildirib.
Qeyd edək ki, İlon Maskın rəhbərlik etdiyi dövrdə DOGE innovativ yanaşmaları ilə diqqət çəkmiş və hökumət strukturlarında effektivliyi artırmaq məqsədilə bir sıra texnoloji layihələr həyata keçirmişdi. Onun istefası və ardınca gələn istefalar, departamentin gələcəyi ilə bağlı suallar doğurur.
21:46 11.07.2025
Oxunuş sayı: 829