Taliban İrana əfqan qaçqınların deportasiyasına görə xəbərdarlıq etdi

Taliban hökumətinin baş nazirinin müavini Moləvi Əbdülsəlam Hənəfi, İrana əfqan qaçqınların kütləvi deportasiyası və onlara qarşı qeyri-insani rəftar səbəbilə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Hənəfi bildirib ki, kobud və ədalətsiz davranışlar iki ölkə xalqları arasında nifrət və gərginlik yaradır. Onun sözlərinə görə, deportasiya tədricən və insan ləyaqətinə uyğun şəkildə, qonşuluq prinsiplərinə əsaslanaraq aparılmalıdır.
“Əfqan qaçqınlarına qarşı alçaldıcı rəftardan çəkinmək vacibdir”, – deyə Taliban rəsmisi vurğulayıb.
20:50 11.07.2025
Oxunuş sayı: 647