Hizbullah liderindən etiraf: “İsrailin gücünü lazımınca qiymətləndirmədik”

Hizbullahın baş katibi Nəim Qasım , "Əl-Məyadin" telekanalına müsahibəsində qruplaşmanın İsrailin kəşfiyyat və texnoloji imkanlarını düzgün qiymətləndirmədiyini etiraf edib. Qasım bildirib ki, Hizbullah rəhbərliyi 2024-cü ilin sentyabrında baş vermiş və təşkilat üzvlərinin rabitə vasitələrinin – peycərlərin – partladılması ilə nəticələnən əməliyyatdan öncə İsrailin bu qədər geniş və sistemli izləmə qabiliyyətinə malik olduğunu nəzərə almayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Onun sözlərinə görə, Hizbullah daxilində əvvəlcədən bəzi texniki şübhələr olsa da, bu təhlükənin miqyası və müdaxilənin dərinliyi yalnız partlayışlardan sonra aydın olub.
O, eyni zamanda partlayışdan sonra aparılan araşdırmalar zamanı Hizbullahın təchizat və texniki təminatında ciddi çatışmazlıqların ortaya çıxdığını bildirib.
20:20 11.07.2025
Oxunuş sayı: 719