Reuters: "İranın Əl-Udeyd bazasına hücumu Tramp doktrinasının sınağı oldu"

İranın Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hərbi bazasına etdiyi raket hücumu, Tramp administrasiyasının hərbi strategiyasının real şəraitdə ilk ciddi sınağı kimi qiymətləndirilir. Hücum zamanı bazada yalnız 40-a yaxın amerikalı hərbçi olub və Patriot hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini zərərsizləşdirib.
Bu barədə Crossmedia.az "Reuters"-ə istinadən məlumat verir.
ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəsmisi general Daniel Keyn bildirib ki, bu əməliyyat Patriot sistemlərinin 1991-ci ildən bəri ən intensiv istifadəsi ilə yadda qalıb. Onun sözlərinə görə, “raketlərin vurulması əməliyyatı uğurlu olub, insan itkisi yaşanmayıb və maddi zərər minimum səviyyədə qalıb”.
19:30 11.07.2025
Oxunuş sayı: 678