İran Ordusunun baş komandanı ABŞ-ni hədələdi: “Bu dəfə də cavabsız qalmayacaq”

İran Ordusunun baş komandanı general Əmir Hatəmi ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi son zərbələrə sərt münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Tehranda Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüşdə çıxış edən Hatəmi hücumları ölkənin suverenliyinə qarşı yönəlmiş açıq təcavüz kimi dəyərləndirib:
“Amerikalılar hər dəfə cinayət törədəndə cavab alıblar və bu dəfə də belə olacaq”.
General ABŞ-nin hərbi əməliyyatlarını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib və rəsmi Tehranın cavab tədbirlərini gecikdirməyəcəyini bəyan edib.
Xatırladaq ki, ABŞ qüvvələri ötən gün İranın Natanz, Fordo və Ərakdakı nüvə obyektlərinə raket hücumları həyata keçirib.
12:27 23.06.2025
Oxunuş sayı: 701