İranda daha bir “Mossad agenti” edam edildi

İranda İsrailin kəşfiyyat xidməti Mossad ilə əlaqədə təqsirli bilinən Məhəmməd Əmin Mahdavi Şayesteh edam olunub.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, Şayesteh 2023-cü ilin sonunda saxlanılıb və istintaq çərçivəsində ona qarşı casusluq ittihamı irəli sürülüb.
Yarı rəsmi “Tasnim” və “Fars” agentliklərinin məlumatına görə, edam edilən şəxs “Mossad-a bağlı kiber qrupun rəhbəri” kimi təqdim olunub. O, İsrailin maraqlarına xidmət edən kiber əməliyyatlarda iştirak etməkdə ittiham edilib.
Qeyd edək ki, bu, İranda İsrailin xeyrinə casusluq ittihamı ilə, müharibənin başlanmasından sonra icra edilən üçüncü edamdır.
İran hökuməti iyunun 13-də İsrailin İrana qarşı başladığı hücumların ardından təhlükəsizlik tədbirlərini daha da sərtləşdirib. Daha əvvəl eyni ittihamla saxlanılan şəxslərdən biri iyunun 16-da, digəri isə iyunun 22-də edam edilib.
İran rəsmiləri bu tədbirlərin ölkənin milli təhlükəsizliyini qorumağa yönəldiyini bildirirlər.
11:54 23.06.2025
Oxunuş sayı: 824