Tramp: “İranın əsas nüvə obyektlərini məhv etdik”

ABŞ Prezidenti Donald Tramp İranın əsas nüvə obyektələrinə endirilən zərbələrin uğurla başa çatdığını və bu obyektələrin tamamilə məhv edildiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdən etdiyi rəsmi müraciət zamanı çıxış edib.
Dövlət başçısı bildirib ki, ABŞ ordusu İranın Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən nüvə obyektələrinə dəqiq və güclü zərbələr endirib.
“Məqsədimiz İranın uran zənginləşdirmək imkanlarını aradan qaldırmaq və qlobal terrorçuluğu dəstəkləyən bu ölkənin nüvə təhdidinə son qoymaq idi. Bu, çox uğurlu bir hərbi əməliyyat oldu. İranın nüvə təsisatları tamamilə məhv edilib”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin Tehrana sülh danışıqlarına başlamaq çağırışı edərək xəbərdarlıq da səsləndirib:
“İndi İran sülh bağlamalıdır. Əks halda, növbəti hücumlarımız daha dağıdıcı olacaq”.
Xatırladaq ki, ABŞ ordusu gecə saatlarında İranın Fordo nüvə obyektinə 6 ədəd “B-2” strateji bombardmançı təyyarə ilə 12 ədəd sığınacaq əleyhinə bomba atıb.
Aybəniz Səfərova
09:52 22.06.2025
Oxunuş sayı: 756