Makron: "İran heç vaxt nüvə silahına sahib olmamalıdır"

Fransa Prezidenti Emmanuel Makron İranla nüvə proqramı ətrafında danışıqların avropalı tərəfdaşlarla birlikdə sürətləndiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa lideri İran Prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra sosial media hesabında paylaşım edib.
Makron bəyan edib ki, ölkəsinin İranın nüvə fəaliyyətləri ilə bağlı dərin narahatlığı davam edir:
“Mövqeyim aydındır - İran heç vaxt nüvə silahına sahib olmamalıdır. Bu proqramın yalnız dinc məqsəd daşıdığına dair tam əminlik yaratmaq Tehranın məsuliyyətidir”.
Fransa Prezidenti qeyd edib ki, bölgədə müharibəyə son qoymaq və daha genişmiqyaslı təhlükələrin qarşısını almaq mümkündür:
“Bu məqsədə çatmaq üçün Fransa və avropalı tərəfdaşlarımız İranla danışıqları sürətləndirəcək”.
Makron, eyni zamanda, İranda saxlanılan Fransa vətəndaşları Sesil Koler və Jak Parisin azadlığa buraxılmasını tələb edib.
21:35 21.06.2025
Oxunuş sayı: 790