KİV: İsrailin hücumları nəticəsində 17 nüvə alimi həlak olub

İyunun 13-də İsrailin İrana qarşı birbaşa hərbi əməliyyatlara başlamasından sonra ən azı 17 iranlı nüvə aliminin öldürüldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin “Kanal-12” telekanalı məlumat yayıb.
Məlumata görə, sui-qəsdlər əsasən “təhlükəsiz evlərdə” həyata keçirilib və bu fakt İsrail kəşfiyyatının İrandakı nüfuz imkanlarının genişliyini nümayiş etdirir.
Ərəb mediasının yaydığı məlumatlara əsasən, İran tərəfi müharibənin ilk günlərindən etibarən onlarla İsrail casusunun həbs edildiyini açıqlasa da, İsrail mənbələri bu tip əməliyyatların uzun illər əvvəl planlaşdırıldığını bildirir.
19:09 21.06.2025
Oxunuş sayı: 816