Ərdoğanla Əraqçı bir araya gəldi

İranın xarici işlər naziri Abbas Əraqçı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Tərəflər İran-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi imkanlarını dəyərləndiriblər.
18:54 21.06.2025
Oxunuş sayı: 760