İran Qrossidən Təhlükəsizlik Şurasına şikayət etdi

Bu gün İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossidən Tehranın “din nüvə fəaliyyətinə” yanaşmasına görə BMT Təhlükəsizlik Şurasına şikayət edib.
Crossmedia.az xəbər verir ki , bu barədə "İSNA" məlumat verib.
Təhlükəsizlik Şurasına göndərilən məktubda iddia edilib ki, “İsrailin İrana hücumu ərəfəsində AEBA-nın baş direktorunun açıqlamaları neytrallıq prinsipinin açıq və ciddi şəkildə pozulmasıdır”.
Qeyd edilib ki, “bu cür bəyanatlar tamamilə ziddiyyətlidir və AEBA-nın Əsasnaməsində nəzərdə tutulmuş vəzifə və hüquqi öhdəliklərə ziddir”.
17:30 21.06.2025
Oxunuş sayı: 698