Pakistan hökuməti Trampı Nobel sülh mükafatına namizəd göstərdi

İslamabad – Pakistan hökuməti ABŞ-nin prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürüb. Belə ki, bu addım onun Hindistan və Pakistan arasında gərginliyin azaldılmasında göstərdiyi "qətiyyətli diplomatik səylərə" görə atılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, Tramp regional gərginliyin artdığı dövrdə "strateji uzaqgörənlik və müdriklik" nümayiş etdirərək həm İslamabad, həm də Yeni Dehli ilə fəal diplomatik təmaslar qurub. Bu isə sürətlə pisləşən vəziyyətin de-eskalasiyasına səbəb olub.
Bundan əlavə, Pakistan hökuməti Trampın Kəşmir bölgəsindəki münaqişənin həllində nümayiş etdirdiyi "əhəmiyyətli liderliyi" də xüsusi vurğulayıb.
Bildirək ki, Trampın özü isə Nobel Sülh Mükafatını alacağına ehtimal vermədiyini deyib.
Fatimə Məmmədova
15:00 21.06.2025
Oxunuş sayı: 750