İranın raket qalıqları İordaniyada yaşayış məntəqəsinə düşüb

İranın İsrailə cavab hücumları zamanı atılan raket qalıqları İordaniyanın Əqəbə şəhərində iki ayrı əraziyə düşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri avtomobilə, digəri isə yaşayış binasının balkonuna düşüb.
Hadisə nəticəsində tələfat və ya xəsarət qeydə alınmayıb. İordaniya höküməti ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa və açıq sahələrdə toplaşmamağa çağırıb.
21:24 20.06.2025
Oxunuş sayı: 890