Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
Rusiya və Ukrayna Belarusun vasitəçiliyi ilə 17 sentyabrda mülki şəxslərin qarşılıqlı mübadiləsini həyata keçirib.
Crossmedia.az xəbər verir ki, “Belta” bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiyadan Ukraynaya 15 vətəndaş yaxınlarının yanına göndərilib, Ukraynadan isə üç nəfər öz ailələrinə qayıdıb. Mübadilə Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” keçid məntəqəsində baş tutub.
Bildirilir ki, mübadilə olunan şəxslərin əksəriyyəti pensiyaçılar və hərəkət imkanları məhdud olan vətəndaşlardır. Daha əvvəl Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova Rusiya və Ukraynanın mülki şəxslərin və hərbi əsirlərin mübadiləsi, həmçinin ailələrin birləşdirilməsi məsələlərini müzakirə etdiyini açıqlamışdı.
19:33 19.09.2026
Oxunuş sayı: 39