İran Prezidentindən xəbərdarlıq: “Təcavüz dayandırılmazsa, cavabımız sərt olacaq”

İran Prezidenti Məsud Pezeşkian “X” hesabında bölgədəki vəziyyətlə bağlı yeni açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı Tehranın daim sülh və sabitlik tərəfdarı olduğunu, lakin mövcud şəraitdə yalnız qarşı tərəfin təcavüzünü dayandırmasının bölgədə münaqişəni sona çatdıra biləcəyini vurğulayıb:
“Biz həmişə sülh və sakitlik istəmişik. Amma hazırkı şəraitdə bizə qarşı dayandırılmayan təcavüzü yalnız şərtsiz şəkildə durdurmaq və sionist terrorçuların avantüralarına birdəfəlik son qoyacaq qəti zəmanət verməklə müharibəyə son qoymaq olar”.
Pezeşkian xəbərdarlıq edib ki, əks təqdirdə İranın cavabları daha sərt və ağır nəticəli olacaq.
20:26 20.06.2025
Oxunuş sayı: 1062