Ərdoğandan sərt mesaj: “Netanyahunun tələsinə düşməyin!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-İran gərginliyi ilə bağlı növbəti xəbərdarlıqla çıxış edib.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı bölgədə sabitliyin pozulmaması üçün İsrailə təsir imkanları olan ölkələrin məsuliyyət daşıdığını vurğulayıb:
“İsrailə təsir edən güclər Netanyahunun qurduğu tələyə düşməməlidirlər. Bu güclər regionda sülh və sabitliyi möhkəmləndirmək üçün öz nüfuzlarından istifadə etməlidirlər”.
Ərdoğan əlavə edib ki, İran və İsrail arasında artan gərginlik daha çox qan tökülməsinə və dağıntılara yol aça bilər:
“Əllər tətikdən çəkilməlidir. Tərəflər daha böyük faciələrin qarşısını almaq üçün təmkinli davranmalıdır”.
19:26 20.06.2025
Oxunuş sayı: 880