İran: “İsrailin Tehranda təcili yardım maşınına hücumu hərbi cinayətdir”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Bəqai İsrailin Tehranda təcili yardım maşınına hücumunu beynəlxalq humanitar hüququn pozulması və hərbi cinayət kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, nazirlik rəsmisi bu hadisənin Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınının hədəf alınması ilə baş verdiyini və 3 yardım işçisinin həlak olduğunu bildirib:
“Bu hücum sionist rejimin beynəlxalq hüquqa, xüsusilə də dörd Cenevrə Konvensiyasına zidd olaraq həyata keçirdiyi hərbi cinayətdir. Həmin konvensiyaya əsasən, tibbi heyətə, yardım işçilərinə və təcili yardım maşınlarına hücum etmək qəti şəkildə qadağandır”, – deyə Bəqai bəyan edib.
Rəsmi əlavə edib ki, BMT Təhlükəsizlik Şurası bu təcavüzə dərhal reaksiya verməli, cinayətlərin qarşısının alınması və beynəlxalq hüququn müdafiəsi üçün konkret tədbirlər görməlidir.
19:10 20.06.2025
Oxunuş sayı: 927