Avropa İrana diplomatik təmasları bərpa etməyə çalışır

Avropa ölkələri İranla diplomatik kanalları yenidən canlandırmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Avropa üçlüyünü təmsil edən – Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bu gün Tehranla nüvə proqramı ətrafında danışıqların bərpasını müzakirə etmək məqsədilə iranlı həmkarları ilə görüş keçirməyi planlaşdırırlar.
Agentlik Avropa rəsmisinə istinadən qeyd edir ki, “iranlılar amerikalılarla bir masa arxasında otura bilməzlər, ancaq avropalılar bunu bacararlar”.
“Biz İrandan ən pis ssenari baş verməmişdən əvvəl nüvə məsələsi ilə bağlı danışıqlar masasına qayıtmağı istəyəcəyik. Eyni zamanda, raket proqramı, Rusiyaya verilən dəstək və Avropa vətəndaşlarının həbsi ilə bağlı narahatlığımızı da onlara çatdıracağıq”, – deyə Avropa rəsmisi vurğulayıb.
Qeyd edək ki, paralel olaraq Vaşinqton administrasiyası ABŞ-nin İsrailin İrana mümkün hücumlarına qoşulub-qoşulmayacağı ilə bağlı müzakirələr aparır.
18:59 20.06.2025
Oxunuş sayı: 627