İran XİN: “ABŞ ilə heç bir danışıq aparılmayacaq”

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, hazırkı vəziyyətdə Tehran heç bir tərəflə danışıqlar aparmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məumat yayıb.
Nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, “sionist rejimin” hücumları davam etdiyi müddətdə diplomatiyaya yer yoxdur:
“Tehran ‘sionist rejimin’ hücumunun davam etdiyi indiki vəziyyətdə biz heç kimlə danışıqlar aparmaq istəmirik.”
Əraqçı, ABŞ-ın dəfələrlə danışıqlar üçün vasitəçilər və mesajlar göndərdiyini, lakin İrandan açıq şəkildə mənfi cavab aldıqlarını vurğulayıb:
“Amerikalılar danışıqlar aparmaq istəyirlər və bir neçə dəfə mesajlar göndəriblər. Biz açıq şəkildə cavab verdik ki, bu hücum dayanmayınca diplomatiyaya yer yoxdur.”
O, həmçinin əlavə edib ki, İranın ABŞ ilə hazırda heç bir əlaqəsi yoxdur və yaxın gələcəkdə də olmayacaq. Nazir İran xalqının hüquqlarını müdafiə etməyə davam edəcəklərini də bəyan edib.
15:50 20.06.2025
Oxunuş sayı: 815