İsrailin İrana hücumu: Rəştdə sənaye zonası hədəf alınıb

İranın Rəşt şəhərində yerləşən sənaye zonası İsrail tərəfindən hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı dərhal İranın hava hücumundan müdafiə sistemləri işə salınıb, düşmənə məxsus pilotsuz uçuş aparatları və digər kiçik hava vasitələri məhv edilib. Hadisənin baş verdiyi sənaye parkına dəymiş ziyanın miqyası qiymətləndirilir.
Bundan əlavə, Rey bölgəsinin Şorabəd-Kəhrizək ərazisində İsrailə məxsus daha bir PUA-nın vurulduğu da bildirilir.
Fatimə Məmmədova
13:45 20.06.2025
Oxunuş sayı: 796