İran XİN: ABŞ ilə heç bir danışıq aparılmayacaq

İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi ABŞ ilə hazırda heç bir danışıqlar aparmaq niyyətində deyil. O, qeyd edib ki, “sionist rejimin” hücumları davam etdiyi müddətcə Tehran diplomatiya yolunu açıq saxlamayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Snn.ir xəbər saytı məlumat yayıb.
Nazirin sözlərinə görə, ABŞ tərəfi bir neçə dəfə danışıqlar üçün mesaj göndərsə də, İran bu təşəbbüsləri qətiyyətlə rədd edib. Əraqçı vurğulayıb ki, İran xalqının hüquqlarını müdafiə etməkdən çəkinməyəcəklər və hücumlar dayanmadan heç bir əlaqə qurulmayacaq.
Eyni zamanda, Avropa İttifaqının təşəbbüsü ilə keçirilən diplomatik görüşlərdə İranın mövqeyi də bu istiqamətdə sərt olaraq qalır. Tehran yalnız hücumlar tam dayandıqdan sonra masa arxasına oturmaq imkanını nəzərdən keçirə bilər.
13:25 20.06.2025
Oxunuş sayı: 694