Əli Şəmxani sağ olduğunu açıqlayıb

İran İslam Respublikasının Ali Lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Şəmxani iyunun 13-də İsrailin hava zərbələri nəticəsində yaralanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, İran mediasında yayılan məlumata əsasən, Şəmxani səhhətinin qənaətbəxş olduğunu və hazırda vəziyyətinin stabil qaldığını açıqlayıb. O, həmçinin İranın ali rəhbərliyinə və ictimaiyyətə ünvanladığı müraciətində “qələbənin yaxın olduğunu” vurğulayıb.
Müraciətində Əli Şəmxani qeyd edib: “İranın adı tarixdə həmişə parlayacaq, şəhidlərin təbəssümü sabahın aynası olacaq”.
13:00 20.06.2025
Oxunuş sayı: 728