Britaniya: İran heç vaxt nüvə silahına sahib olmamalıdır

Britaniyanın xarici işlər naziri Devid Lammiyə görə, London və Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-də rəsmi səfərdə olan nazir sosial şəbəkə paylaşımında bildirib. İsrailin İranı hədəf alan hücumlarından sonra bölgədə vəziyyət təhlükəli olaraq qalır. “İranın heç vaxt nüvə silahına sahib olmaması ilə bağlı qərarlıyıq”, – deyə Lammiyə vurğulayıb.
Ağ Evdə ABŞ-nin dövlət katibi Marko Rubio və Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofla görüşən nazir, müzakirələrdə “müqavilənin münaqişənin dərinləşməsinin qarşısını necə ala biləcəyinin” müzakirə edildiyini açıqlayıb. O, qarşıdakı iki həftə ərzində diplomatik həll üçün “imkan pəncərəsi” olduğunu qeyd edib.
Lammiyə Fransadan, Almaniyadan və Avropa İttifaqından həmkarları ilə birlikdə Cenevrədə İran xarici işlər naziri Abbas Əraqçı ilə görüşəcəyini də açıqlayıb. “İndi Yaxın Şərqdə ağır mənzərəni dayandırmaq və heç kimin maraqlarına uyğun olmayan regional eskalasiyanın qarşısını almaq vaxtıdır”, – deyə Britaniya XİN rəhbəri əlavə edib.
Mədinə Cəlilova
10:00 20.06.2025
Oxunuş sayı: 841