Senator İranın nüvə obyektlərini məhv etməyə çağırıb

Amerikalı demokrat senator Con Fetterman “Washington Free Beacon” qəzetinə müsahibəsində ABŞ prezidenti Donald Trampı İran ilə danışıqların üçüncü raunduna qədər İranın nüvə obyektlərini bombalamağa və məhv etməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Onilliklər ərzində regionda sabitliyi pozan rejimlə heç vaxt danışıqlar apara bilməzsiniz və mən inanıram ki, bizim indi bunu etmək, İranın nüvə obyektlərini hədəfə almaq və məhv etmək üçün böyük imkanımız var”, - deyə, senator vurğulayıb.
11:05 25.04.2025
Oxunuş sayı: 873