İran ABŞ-nin şərtləri qəbul etməyəcəyi təqdirdə Hörmüzü...
İran ABŞ-nin əvvəllər irəli sürülən şərtləri qəbul etməyəcəyi təqdirdə Hörmüz boğazını gəmiçilik üçün açmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ İran xalqının qanuni hüquqlarını tanımayana və Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılması mümkün olmayacaq.
Onun sözlərinə görə, şərtlər yerinə yetirilmədiyi müddətdə Hörmüz boğazının gəmiçilik üçün açılması ilə bağlı “ən kiçik imkan belə qalmayacaq”.
13:04 20.09.2026
Oxunuş sayı: 54