Tramp: "İranla ciddi danışıqlar davam edir"

ABŞ prezidenti Donald Tramp Norveçin baş naziri Jonas Qahr Storte ilə görüşündə jurnalistin İranla danışıqların gedişi ilə bağlı sualını cavablandırıb. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o belə cavab verib:
“Biz İranla müsbət iş görürük və çox ciddi danışıqlar gedir. Yalnız iki variant var, onlardan biri heç də yaxşı deyil. Bizim görüləsi çox işimiz var, ancaq onu deyə bilərəm ki, razılaşma düzgün istiqamətdədir. Ola bilər ki, çox, çox yaxşı qərara gələk və bu, çoxlu insan həyatını xilas edəcək".
10:35 25.04.2025
Oxunuş sayı: 720