Türkiyə XİN: Ankara-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verilməlidir

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşması prosesinə dəstək verilməli olduğunu bildirib və radikal dairələrin təşəbbüslərinin təşviq edilməməsinə çağırıb.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Nazirlik 1915-ci il hadisələri ilə bağlı yayımlanan bəyanatlara münasibət bildirib:
"1915-ci il hadisələri ilə əlaqədar tarixi faktlara və beynəlxalq hüquqa zidd şəkildə verilən bəyanatları tamamilə rədd edirik. Keçmişin iztirablarının siyasi məqsədlərlə istismar edilməsi cəhdlərinin heç bir əsaslı tərəfi yoxdur".
Qurumun açıqlamasında qeyd olunub ki, Türkiyə hər zaman qlobal və regional səviyyədə sülhə, dialoqa, qarşılıqlı anlaşmaya və ümumi rifaha töhfə verib. Bu anlayışla da Türkiyə arxivlərini açıb və 1915-ci il hadisələrinin ədalətli və elmi əsaslarla araşdırılması üçün birgə tarix komissiyasının yaradılmasını təklif edib.
Fatimə Məmmədova
10:15 25.04.2025
Oxunuş sayı: 802