SON DƏQİQƏ! - Türkiyə yenidən silkələndi

Türkiyənin Amasya vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) tərəfindən verilən rəsmi məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 21:20-də qeydə alınıb. Yeraltı təkanlar 16,6 kilometr dərinlikdə baş verib.
Amasya Valiliyi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, zəlzələdən sonra bölgədə heç bir neqativ hal qeydə alınmayıb. Valilik, “Mərkəzi Amasyada 3,6 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra hər hansı mənfi təsir yaşanmayıb,” – deyə qeyd edib.
Hazırda bölgədə vəziyyətin monitorinqi davam edir.
Aybəniz Səfərova
22:59 24.04.2025
Oxunuş sayı: 986